Sənət 12:47 21.07.2014

Aqşin Yenisey xəstəxanadan çıxdı

Şair Aqşin Yenisey xəstəxanadan evə buraxılıb. 

Bu barədə Kulis.Az-a şairin ailə üzvləri məlumat verib: “Müvəqqəti də olsa evə buraxılıb. Həkim nəzarəti altında, ev şəraitində ambulator müalicə alacaq. Yəni, iki gündən bir müayinələrdən keçəcək. Özünü yaxşı hiss edir. Uzun müddət yataqda olduğundan özünü zəif hiss etməyi normaldır. Evdə ailəsinin, anasının, qardaşlarının, həyat yoldaşının yanındadır.” 

Qaynar.info