Dünya 14:35 16.08.2018

Aramsız yağışlar Hindistanda 80-dən çox can aldı

Hindistanın Kerala əyalətində avqustun 8-dən başlayan musson yağışları səbəbindən baş verən sel və daşqınlar nəticəsində ölənlərin sayı 87-yə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yağış səbəbindən anbar və göllər daşıb, əsas yollar və körpülər çöküb, evlər su altında qalıb.

Hindistanın baş naziri Narendra Modi müdafiə nazirliyindən sel basmış əyalətlərdə xilasetmə tədbirlərinin gücləndirilməsini istəyib. Hindistan Hava Qüvvələri selin ən çox ziyan vurduğu PathanamThitta bölgəsində köməksiz qalan insanların xilas edilməsi üçün əməliyyatlara başlayıb.

Əyaləttəki 14 bölgədə fövqəladə vəziyyət elan edilib. Qeyri-sabit hava şəraiti səbəbindən təyyarə və qatar reyslərində gecikmələr müşahidə olunur.

Qeyd edək ki, Hindistanın 7 əyalətində bu il musson yağışlarının tğörətdiyi sel və daşqınlar nəticəsində ümumilikdə 800 nəfər həyatını itirib.