Dünya 16:18 15.11.2019

Rusiya araq istehsalında dəyişikliyə hazırlaşır: Gələn ildən...

Rusiyada araq istehsalında dekorativ elementlər və dadlandırıcılardan istifadə edilməsi qadağan oluna bilər. 

Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, bu qaydalar 2021-ci ildə qüvvəyə minəcək tənzimləmələrdə nəzərdə tutulub.
 
Yeni qadağalar qızıl və gümüş pullardan, markalardan dekorasiya məqsədilə istifadəni, arağa vanil və bal məhsullarının dadlandırıcı kimi əlavəsini əhatə edir. Hazırda çəkisi 3 qramdan artıq olmayan qızıl və gümüşdən qablaşdırmada istifadə mümkündür. Yaxın illərdə arağa sadəcə tərəvəz tərkibli dadvericilərin əlavəsinə icazə veriləcək.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi ötən dövrlərdə qida xammalından istehsal edilən etil spirti üçün nəzərdə tutulan qiymətin 16% artırılmasını təklif etmişdi.

Rusiyada araq, konyak kimi sərt içkilər, həmçinin şampan şərabı, çaxır üçün minimum pərakəndə satış qiymətləri müəyyənləşdirilib. 0,5 l vodkanın bazar qiyməti 215 rubl, konyak isə 388 rubldur. Bu tənzimlənmə bazarda saxta içki ilə mübarizə məqsədi daşıyır.

Gülşən