YARAT Teatr Klubu növbəti performanslarını təqdim edəcək. 

Qaynarinfo xəbər verir ki, bir ay ərzində YARAT Teatr Klubunun peşəkar və həvəskar aktyorları, istedadlı rejissor və ADO teatrının təsisçisi Elmin Bədəlovla tamaşa hazırlayıblar.

Tamaşa, YARAT Mərkəzində sərgilənən Aida Mahmudova və Mikelancelo Pistolettonun əsərlərindən ilhamlanaraq ərsəyə gəlib.

Proqram: "Araqarışdıran", "10 sm" və "Küləfirəngi" tamaşaları

Tarix: İyunun 22-si, saat 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş: Sərbəst!