Video 11:00 10.12.2017

Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı (VİDEO)

Cənubi Kipr I divizionunda XV tura start verilib. Qaynarinfo xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis” də növbəti matçına çıxıb.
 
Famaqusta təmsilçisi doğma meydanda "Alki Orokli”ni qəbul edib. Görüş Araz və komandası üçün uğurlu bitib. Belə ki, matça start heyətində başlayan və sona kimi meydanda olan milli üzvü 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. Abdullayev cərimə meydançasından kənardan gözəl zərbə ilə fərqlənib. Görüş "Anortosis”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, geridə qalan 15 oyundan sonra aktivində 33 xal olan Famaqusta klubu bir oyun artıq keçirməklə turnir cədvəlinin lideridir.