Foto 12:28 25.06.2019

ARB 24-də 1 gün: Kamera arxasında nələr baş verir? (FOTO/VİDEO)

Hər saatın tamamında xəbər buraxılışı, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 14 canlı veriliş, London, İstanbul birjalarından gündəlik bağlantılar Azərbaycanın ilk biznes-xəbər kanalı "ARB 24"ün təkcə bir gündə tamaşçıya təqdim etdikləridir.

Bəs kamera arxasında nə baş verir? Təqdim etdiyimiz görüntülər "ARB 24"ün kamera önündə və arxasında çalışan heyətin bir günlük iş prosesinin müəyyən hissəsi əks olunub.

Yeri gəlmişkən, siz də bu kollektivin bir üzvü ola bilərsiz. "ARB 24" üçün aparıcı kastinqi davam edir. Özünüzə güvənirsiznizsə CV və fotoşəkillərinizi [email protected] ünvanına göndərə bilərsiz!