Foto 15:50 15.09.2018

ARB-nin efirində dava: Prodüser yazıçıya hücum çəkdi (FOTOLAR)

ARB TV-nin "Düz bazar” proqramının yeni sezonunun ilk buraxılışında qalmaqal yaşanıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, proqrama qonaq olan prodüser Anar Mədətovla, yazar Qan Tural arasında mübahisə yaşanıb.

Anar Mədətov şou-biznesdə yaşanan qalmaqaldan danışarkən, onunla razılaşmayan yazıçı iradını bildirib. Bundan əsəbiləşən prodüser Qan Turalının üzərinə hücum çəkib. Qısa mübahisədən sonra ara sakitləşdirilib və proqram qaldığı yerdən davam edib.