Video 17:23 30.05.2018

ARB-nin efirində gərginlik: “Gəl çıxaq küçəyə...” (VİDEO)

ARB TV-nin "Sidaş Rövşanə” verlişinin növbəti qonaqları "N-brothers”qrupunun rəhbəri Namiq QafarovTural Qismət olub.

Qaynarinfo xəbər verir ki, efirdə olduqca gərgin anlar yaşanıb. Gərginliyə səbəb isə Tural Qismətin "N-brothers” qrupunu 10 manatlıq qrup adlandırması olub:

"Hörmətsizlik edirlər. Bu da illərin Namiqi... "N-brothers” brend deyil. Brend Zeynəb Xanlarovadır.”

"N-brothers” qrupunun rəhbəri Namiq Qafarov isə Tural Qismətin sözlərinə bu cür reaksiya verib:

"Gəl çıxaq küçəyə, görək səni çox tanıyırlar, yoxsa məni? O zaman sən bilərsən "Qismət” nədir? "N-brothers” nədir? Bir də ki, Namiq yox, Namiq müəllim. Sən düz danışmırsan. Səməd Səmədov təsdiq edir, xalq təsdiq edir, sən deyirsən ki, brend deyil. Sən heç bilmirsən brend nəyə deyilir. Yəni neçə illər adını qoruyub saxlayan adama deyilir”.