İdman 11:59 20.05.2013

Arda Turan Azərbaycan bayrağına sarıldı (VİDEO)

Türkiyə milli komandasının hücumçusu Arda Turan Azərbaycana sevgisini bu dəfə İspaniyada nümayiş etdirib.

Qol.Az-ın  yaydığı xəbərə görə, bu hadisə İspaniya kubokunun “Real”a qarşı keçirilən final oyunundan bir gün sonra – Madriddə baş tutan bayram tədbiri zamanı baş verib.

“Atletiko”nun kuboku qazanması ilə əlaqədar klubun bazası yaxınlığında keçirilən mərasim zamanı futbolçular bir-bir səhnəyə dəvət olunublar. Arda Turanın adı elan olunanda o, səhnəyə Azərbaycan və Türkiyə bayraqlarına sarılaraq çıxıb.

Qeyd edək ki, bugünlərdə “Atletiko” ilə Bakıya səfəri zamanı A.Turan Azərbaycanı özünün ikinci vətəni adlandırmışdı.

Qaynar.info