İdman 20:00 06.09.2013

Arda Turan və sevgilisinə yaşamağa imkan vermirlər

Cütlüyün İspaniyada yaşadıqları deyilir.

"Atletiko Madrid" komandasında oynayan futbolçu Arda Turan ilə aktrisa Sinem Kobal cütlüyünün artıq İspaniyada yaşayacaqları barədə məlumat yayııb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda daim futbolçular və həyat yoldaşları haqda yazan "Cuoregol” saytı məlumat yayıb. 

Məlumata görə, uzun müddətdir ayrıldıqları barədə xəbərlər gəzən məşhur cütlük, Türkiyədə rahat yaşaya bilmədiyi üçün Madridə köçüb və artıq burada yaşayacaq.

Aktrisanın uzun müddətdir yoxa çıxması, ailəsi ilə istirahətə yollanmaması və mətbuatdan uzaq olması bu xəbərləri doğru olduğunu göstərir.

Qaynar.info