İdman 14:53 04.04.2014

Arda Turandan böyük fədakarlıq

"Atletiko"nun futbolçusu Arda Turan zədəli olmasına baxmayaraq, mövsümün sonuna qədər komandasına kömək edəcək.

Qol.Az-ın məlumatına görə, "Marca" qəzeti yazıb ki, mövsümün ən kritik vaxtında komandasına dəstək olmaq istəyən türk yarımmmüdafiəçi iynələrlə ağrılarını azaldaraq matçlarda oynayacaq. Qeyd edək ki, "Atletiko" hazırda La Liqanın turnir cədvəlində 76 xalla liderdir. Madrid təmsilçisi ən yaxın izləyicisi "Barselona"nı bir xal qabaqlayır. Dieqo Simeonenin komandası Çempionlar Liqasında da mübarizəni davam etdirir.

Xatırladaq ki, son vaxtlar zədədən əziyyət çəkən Arda bu həftə “Barselona” ilə Çempionlar Liqasının matçında ağrıları səbəbindən ikinci hissənin ortalarında meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Qaynar.info