Türkiyə millisinin üzvü Arda Turanın "Barselona”dakı karyerasına aydınlıq gəlib.

Qaynarinfo yenicag.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qış transfer dönəmində Kataloniya təmsilçisindən ayrılacaq.

Bunu futbolçunun meneceri Ahmet Bulut açıqlayıb. O, hələlik Ardanın hansı kluba keçəcəyinin müəyyənləşmədiyini bildirib. Arda ilə bağlı "Qalatasaray”la görüşmədiyini bildirən menecer, danışıq apardığı klublar arasında İtaliya, İspaniya və İngiltərə təmsilçilərinin olduğunu qeyd edib.