İdman 13:34 08.08.2017

Arda Turanın dönüşü rəsmiləşdi

Arda Turan Türkiyə millisinə dönür. "Qaynarinfo" "Fanatik"ə istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Mirça Luçesku futbolçunu razı sala bilib.

Rumın mütəxəssis Barselonaya gedərək Arda Turanla görüşüb. Luçesku ona ehtiyacı olduğunu bildirib və futbolçu yığmaya qayıtmağa razılıq verib.

Qeyd edək ki, Arda Turan jurnalist Bilal Meşe ilə davadan sonra milli karyerasını bitirdiyini açıqlamışdı.

Qaynarinfo.Az