İdman 10:54 22.01.2020

Arda Turanın “Qalatasaray”a transferi mövzusuna nöqtə qoyuldu

Arda Turanın "Qalatasaray”a transferi mövzusuna nöqtə qoyulub. 

Qaynarinfo hurriyet.com.tr-yə istinadla xəbər verir ki, prezident Mustafa Cengiz və baş məşqçi Fatih Terimin görüşdüyü toplantıda ulduz oyunçunu yanvar ayında transfer edilməməsinə qərar verilib. 

Rize matçından sonra Terimin bu mövzuda dəqiq bir açıqlama verməsi gözlənilir.