İdman 14:45 29.10.2013

Arda Turanın şərəfinə içki buraxdılar - FOTO

İspaniyanın "Atletiko Madrid" klubu məşhur "Coca Cola" şirkəti ilə müqavilə bağlayıb.

Qaynar.info xəbər verir ki, klubun şirkətlə bağladığı sponsorluq müqaviləsindən sonra türk futbolçu Arda Turanın adı yazılmış "Arda Cola" satışa buraxılıb.

Əvvəlcə "Arda Cola"lar klubun Madriddə oynadığı bütün görüşlərində azarkeşlərə 2 avrodan satılacaq. Daha sonra isə Madridin bütün supermarketlərində satışa çıxarılacaq.

Qaynar.info