İdman 15:04 13.01.2018

Arda Turanın transferi rəsmən açıqlandı

Arda Turanın "Başakşəhər"ə transferi baş tutub. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi açıqlama yayıb.

Klubun rəsmi "Twitter" səhifəsi prezident Göksel Gümüşdağın bu sözlərini yayımlayıb: "Arda Turan bu gün üzərində narıncı formayla vətəninə dönür. Bu sadəcə "Başakşəhər"in deyil, Türkiyənin transferi. Hamımız üçün xeyirli olsun".
 
Qeyd edək ki, Arda Turan "Qalatasaray"ın yetirməsidi. İstanbul klubu onu 2011-ci ildə Türkiyə üçün rekord məbləğə - 13 milyon avroya "Atletiko"ya satmışdı. "Barselona" türk futbolçunu 2015-ci ildə 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer edib. O, Kataloniya klubunun heyətində 55 rəsmi oyun keçirib və 15 qol vurub. Arda cari mövsümdə heç bir rəsmi oyuna çıxmayıb.