Ekonomiks 13:40 11.04.2018

ARDNF-nin aktivləri 2 mlrd. dollar artıb

"Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2 mlrd. ABŞ dolları artıb".

Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlardan yüksəkdir. Təbii ki, bu da Neft Fondunun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Bu artımının hansı məbləğdə olacağı isə neftin qiymətindən asılıdır", - deyə Ş. Mövsümov bildirib.