Ekonomiks 10:07 02.11.2014

ARDNŞ-dan iş elanı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya və informasiya texnologiyaları və rabitə idarələri mütəxəssis işləmək istəyənlər üçün vakansiya elan edib. 

Qaynar.info-nun ARDNŞ-in mətbuat xidmətinə istinadən məlumatına görə, vakansiyalar toksikoloq və mühəndis (BRP sistemində insan resursları funksiyalarının tənzimlənməsi üzrə) peşələri üzrədir. Vakansiyalara müraciət üçün son müddət noyabrın 4-dür.

İş yerləri ilə socar.az saytından tanış ola biləsiniz. 

Qaynar.info