İdman 14:49 08.06.2018

Argentina getmədi, İsrail qarışdı: "Tək günahkar sənsən"

İsraillə - Argentina arasında Qüdsdə keçirilməli olan futbol matçı ləğv olunduqdan sonra İsraildə müzakirələr başlayıb.

Qaynarinfo xəbər verir ki, ölkə rəsmiləri oyunun ləğv olunmasına görə mədəniyyət və idman naziri Miri Reqev günahkar hesab edir.

Onların fikrincə, nazir əvvəlcədən Nayfada keçirilməsi planlaşdırılan matçın yerinin dəyişdirilməsinə israr etdiyinə görə "tək güahkar"dır.

Miri Reqev isə ittihamlara qarşı baş nazir Binyamin Netanyahunun Argentina prezidenti Maurisio Markiyə "İsrailin əbədi paytaxtı" adlandırdığı Qüdsdə matçın keçirilməsini istədiyini məktubu mətbuatda yayımlatdıraraq özünü müdafiə edib.

Netanyahu İngiltərənin paytaxtı Londona səfəri zamanı verdiyi açılamada Qüdsdə matçın keçirilməsini qəbul etmədiyini deyib: "Mənim qərarım deyildi. Matçın Qüdsdə keçirilməsi üçün hər hansı tələb və istəyim olmayıb. Argentinaya edilən təzyiqdən də xəbərim yoxdu. Matçın Qüdsə keçirilməsini Reqev istəyib. Arengentina isə oyunçularının həyatına yönəlmiş terror təhdidinə görə geri çəkildi".