Dünya 18:20 11.07.2018

Argentina 237 milyon il yaşı olan dinozavr qalığı tapıldı

Argentinada yaşı 201-237 milyon il olan nəhəng dinozavr qalığı aşkar edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Ingentia prima" adlı dinozavrın tapılması bu növə aid nəhənglərin daha qədim olduğunu sübut edib. Daha əvvəlki ən qədim nəhəng dinozavrın 180 milyon il yaşadığı müəyyənləşdirilmişdi. 

"Ingentia prima"nın çəkisi 10 ton olub. Qalığın hündürlüyü 4 metr, uzunluğu isə 10 metrdir.

Gülşən