Dünya 16:32 21.01.2019

"Argo" filminə mövzu olan sabiq CIA agenti vəfat etdi

ABŞ Mərkəzi Kəşfiyyat Komitəsinin (CIA) sabiq agenti Toni Mendez vəfat edib.

Qaynarinfo xəbər verir ki, 78 yaşlı Mendez Parkinson xəstəliyindən əziyyət çəkirdi. 
Sabiq Agent 1979-1981-ci illərdə İranda film prodüseri roluna girərək 6 ABŞ diplomatını iranlı etirazçıların əlindən xilas etməsi ilə bilinir. Onun həyatı məşhur "Argo" filminin çəkilməsinə səbəb olub.

Mendez 25 illik kariyerası ərzində saxta şəxsiyyət, görünüş dəyişdirmək üçün makiyaj mütəxəssisləri və sehirbazlarla işləyib. 

Gülşən