Ölkə 11:39 13.01.2014

Ariel Şaron bu gün dəfn ediləcək


İsrailin sabiq Baş naziri həyat yoldaşının yanında torpağa tapşırılacaq


İsrailin keçmiş Baş naziri Ariel Şaron bu gün dəfn ediləcək. Dünən Şaronun nəşi İsrail parlamenti Knessetə gətirilib və onunla vida mərasimi keçirilib. Ariel Şaronun cənazəsi keçiriləcək dövlət mərasimindən sonra torpağa tapşırılacaq.

Mərasimdə İsrail prezidenti Şimon Peres, Baş nazir Benyamin Netanyahu, həmçinin Ariel Şaronun ailə üzvlərinin çıxışı gözlənilir.

Keçmiş Baş nazir 2000-ci ildə dünyasını dəyişən həyat yoldaşının yanında dəfn ediləcək.


Qaynar.info