Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib.

"Report"un xəbərinə görə, A.Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.

O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib:

"Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, T.Yaqublu Milli Şuranın da üzvüdür.