Siyasət 10:14 17.08.2013

Arif Hacılı villa iddialarına cavab verdi

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı barəsində səslənən ittihamlara cavab verib.

Qaynar.info Arif Hacılının Facebook statusunu təqdim edir:

Bir nəfər deyib ki, hökumət Zaqatalada qaynatama villa tikib, mənim evimi isə təmir edir.Cavabı yerində verilib, amma hər halda mən bu nəsələyə aydınlıq gətirmək istəyirəm.

Bilirsiniz ki, hələ mən həbsxanada olanda Zaqatalada güclü zəlzələ oldu. İnsan tələfatı olmasa da minlərlə ev dağıldı, qəza vəziyyətinə düşdü, zədələndi.

Mənim evim, ata evim ciddi zədələndi, qəza vəziyyətinə düşdü.Qaynatamın evi tamam dağılmışdı. Ona tikilən ev villa deyil Zaqatalada zəlzələdən sonra tikilmiş 3000 dən çox evin layihəsinə görə ən balacasıdır. Birmərtəbəli qaçqın evidir. Bu evin tikintisi yekunlaşmadı, qaynatam o evdə yaşaya bilmədi. Çünki bu hakimiyyətin başqa bir strukturunun günahı ucbatından artıq həyatda yoxdur. Adi biopsiya üçün Bakıya avtobusla gəlib öz ayağı ilə Respublika xəstəxanasına getmiş adamı artıq dozada lidokain vurmaqla məhv etdilər. Hətta Google da tapmaq mümkün olan yardımları göstərə bilmədilər,və ya göstərmədilər.Adam gözlərim qarşışında öldü. Xəstəxana rəhbərliyinə,səhiyyə nazirliyinə yazdığım ərizələrə isə cavab veriblər ki, həkimlərin günahı yoxdur, hər şeyi düz ediblər.

Bir başqası olsa bunu ona qarşı süi-qəsd kimi qiymətləndirib təbliğat qurardı.Süi qəsd olduğuna əmin deyiləm. Ona görə bu məsələni bir o qədər ictimailəşdirmədim.

Mənim evimə gəldikdə isə təmir edilməli olduğu halda,bu barədə hətta qərar verilsə də təmir etmirlər. Etməyəcəklər də. Bir çox dostlarımın,qohumlarımın,müsavatçıların evləri də məhz mənə yaxın olduqları üçün təmir edilmir. Bu barədə mətbuatda da məlumatlar verilib.

Zaqatalaya getdiyim zaman evimə gələn bütün yollara postlar qurulur. Mənimlə görüşən adamlar sorğu suala tutulur, bir tərəfə çıxanda arxamca kortej gəzir.

Zaman-zaman evimin qapı pəncərəsi sındırılır, orada nəsə axtarırlar. Mən bu məsələləri qabartmıram,bu məsələlərdən özümütəbliğ üçün istifadə etmirəm. Çünki sızıldamaq xarakterimdə deyil. Yalnız vicdanını itirmiş adam bütün bunlara rəğmən hökumətin mənə qayğı göstərdiyini iddia edə bilər.

Qaynar.info