Siyasət 21:10 29.03.2013

Arif Hacılıdan Rəsul Quliyevə- CAVAB

"Rəsul Quliyev Arif Hacılıdan yalnız pulunun və iddialarının çoxluğuna görə üstün ola bilər"

"Rəsul Quliyev dövlətçilik təfəkküründən uzaq adamdır". Qaynar.info xəbər verir ki, bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Facebook” şəbəkəsindəki statusunda yazıb.

Arif Hacılı Rəsul Quliyevin bir zamanlar Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə səs vermədiyini xatırladıb: “Mən doğrudan da gəlir-çıxar işlərini yaxşı bilmirəm. Belə şeylərdə o mahir olar. Amma mən doğulduğum rayonun da,ölkəmin də problemlərini yaxşı bilirəm. Üzvü olduğu YAP-dan, sədri olduğu ADP-dən qovulan Rəsul Quliyevdən fərqli olaraq ölkənin iki nəhəng təşkilatının - AXC və Müsavatın qurucularından (bərpaçılarından) və rəhbərlərindən biri olmuşam. İndi də ölkənin ən nüfuzlu təşkilatının rəhbərlərindən biriyəm. Yeri gəlmişkən, Əliyevlər hakimiyyətə gəldikdən sonra heç vaxtparlamentə buraxılmamışam. Xalqın mənə verdiyi mandatı isə R .Quliyevspiker olan dövrdə bir qrup əliyevçı deputatın səsverməsi ilə ləğvedib. Qoyduğu ənənənin davamı olaraq sonra onun öz mandatını eyni üsullaləğv etdilər. Mən buna etiraz edənlərdən biri idim. Fərqimiz budur. ”.

Arif Hacılı statusunda Rəsul Quliyevi dövlətçilik təfəkküründən uzaq adam adlandırıb: “1992-93-cü illərdə bizim həqiqətən səhvlərimiz olub. Məğlubiyyətimizə səbəb olanların cinayəti Rəsul Quliyev ,Surət Hüseynov kimi təsadüfi, dövlətçilik təfəkküründən uzaq, nəfsi təmiz olmayan adamları görəv başına gətirmələri idi. Həmişə belə mövqedə olmuşam. O vaxt da, sonra da, indi də”.

 
Müsavat funksioneri Rəsul Quliyevin ona yuxarıdan aşağı baxması barədə fikirlərini absurd hesab edir: “Bir dostumuz yazmışdı ki, Rəsul Quliyev yalnız pulunun çoxluğuna görə Arif Hacılıdan üstün ola bilər. Mən birini də əlavə edirəm. Rəsul Quliyev Arif Hacılıdan yalnız pulunun və iddialarının çoxluğuna görə üstün ola bilər”.

Qaynar.info