Ölkə 15:48 11.10.2013

Arif Məlikovun 80 illik yubileyi qeyd olunacaq


Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Dövlət Mükafatı laureatı, "Heydər Əliyev" və "İstiqlal" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun 80 illik yubileyi qeyd olunacaq.

ANS PRESS-in məlumatına görə, bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi yubiley gecəsində görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək.

Orkestrin bədii rəhbər və baş dirijoru xalq artisti Rauf Abdullayevdir.


Qaynar.info