Xəbər lenti

Sənət 18:07 11.02.2018

Arif Vəliyev direktor təyin edildi (FOTO)

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində yeni təyinat olub.

Qaynarinfo xeberle.com-a istinadən xəbər verir ki, Arif Şəfaqət oğlu Vəliyev müvafiq əmrlə idarənin strukturuna daxil olan Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. O, bu vəzifədə Nurlan Məmmədlini əvəz edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, A. Vəliyev 1982-ci ildə Abşeron rayonunun Saraq qəsəbəsində anadan olub. Saray qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib və rejissorluq ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb.

O, 2016-cı ildə "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->