Dünya 16:00 18.08.2019

Arktikada rekord istilik qeydə alındı

Arktikada rekord temperatur qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, İsveç Meteorologiya və Hidrologiya İdarəsinin məlumatına görə, ötən ayın 26-da İsveçdə, Arktika dairəsinin şimalında yerləşən
Markusvinsada havanın istiliyi 34,8 dərəcəyə qədər yüksəlib. 

Qeyd edək ki, bu ay Alyaskada da bu günə qədərki ən yüksək temperatur müşahidə edilib. İsti hava şəraiti meşə yanğınlarına və buzların sürətlə əriməsinə səbəb olub.

Gülşən