Foto 21:26 03.10.2018

“Arsenal” klubu Bakıda (FOTOLAR)

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ”la qarşılaşacaq İngiltərənin "Arsenal” klubu Bakıya gəlib.

Qaynarinfo-nun məlumatına görə, ispaniyalı baş məşqçi Unai Emeri sabahkı oyun haqda deyib: "Hər bir turnirə ciddi yanaşırıq. Bu matça da həmçinin. Sabah bizi çətin oyun gözləyir. "Qarabağ” ötən mövsüm iki oyunda "Atletiko”dan xal almağı bacarıb. Biz bu komandanın nəyə qadir olduğunu bilirik.

Bəzi oyunçular Bakıya gəlməyib. Mxitaryan mental olaraq Bakıya gələ bilməzdi. Biz Bakıya daha hazır oyunçularla gəlmişik. Mxitaryan xəstələnib...”.

Qeyd edək ki, ilk turda "Qarabağ” səfərdə Portuqaliyanın "Sportinq” klubuna 2:0 hesabı ilə uduzub. "Arsenal” isə doğma meydanda Ukraynanın "Vorskla” komandasına 4:2 hesabı ilə qalib gəlib.

Onu da qeyd edək ki, Unai Emerinin komandası Ağdam təmsilçisi ilə sabah saat 20:55-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.