Foto 02:33 14.12.2018

"Qarabağ" oyununda erməni azarkeş separatçıların bayrağı ilə stadiona çıxdı (FOTOLAR)

İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

Qaynarinfo xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.