İdman 18:43 16.08.2013

“Arsenal”ın istədiyi oyunçu “Bavariya”dan getdi

“Bavariya”nın futbolçusu Luis Qustavonun yeni klubu rəsmən müəyyənləşib.

Fanat.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bundesliqa klublarından “Volfsburq”a transfer olunub.

Futbolçu ilə 5 illik müqavilənin imzalandığı bildirilir. Transferin qiyməti barədə məlumat verilməsə də, Almaniya mətbuatı bunun 15 milyon avro olduğunu yazıb.

Qeyd edək ki, Qustavo ilə “Arsenal” və “Napoli” klubları da ciddi şəkildə maraqlanırdı.

Qaynar.info