Foto 13:20 13.01.2018

Artıq bu marşrut üzrə xəttə "BakuBus" avtobusları işləyəcək (FOTOLAR)

Bakıda fəaliyyətdə olan 175 saylı müntəzəm marşrut xətti üzrə yeni avtobuslar fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, həmin marşrut üzrə "BakuBus" MMC-yə aid avtobuslar istifadəyə verilib.