Texnologiya 09:00 19.05.2018

Artıq şəxsi məlumatlarınız oğurlanmayacaq

"Facebook"un istifadəçilərinin şəxsi məlumatlarını "Cambridge Analytica" şirkətinə satması barədə xəbərlər telefon istifadəçilərini qorxutmuşdu. Bu hadisədən sonra bir çox şirkət istifadəçi gizliliyinə əhəmiyyət verən işlər görməyə başlayıb. "Apple" da atdığı addımla istifadəçi gizliliyinə əhəmiyyət verdiyini göstərib. Artıq şirkət qaydalara əməl etməyən tətbiqləri "App Store"dan siləcəyini açıqlayıb.

Məlumata görə, "Apple" son zamanlar üçüncü tərəflərlə məlumatları paylaşan tətbiqləri sildiyini və tətbiq yaradıcılarına tətbiqin "App Store"un təhlükəszilik razılaşmasında yer alan 5.1.1 və 5.1.2 saylı qaydalarını pozduğu üçün developerlərə heç bir təzminat ödəmədən birbaşa "App Store"dan silmə hüququna sahib olduğunu onların yaradıcılarının nəzərinə çatdırıb.

"Apple"ın bu təzyiqi "Avropa Ümumi Məlumatların Qorunması Qaydaları”na əsaslanır. Hətta bəhs edilən gizlilik qaydalarını pozan şirkətlər qaydalara əsasən, 30 milyon dollar və ya illik gəlirlərinin 4%-i qədər maddi cəzaya məhkum edilə bilər.

"Apple" son iOS yeniləməsində istifadəçilərə gizliliklə bağlı ismarıc göndərib. Yeniləmə edən istifadəçilərə gizliliyin təməl insani haqqı olduğu bildirib. Görünür, son "Facebook" qalmaqalı şirkətləri gizlilik haqqında yenidən düşünməyə vadar edib. Bu isə çox sevindirici bir haldır.
 
Nərmin Həsənli