Foto 14:11 11.01.2018

Artıq var belə söhbət (FOTOLAR)

Dünən Azərbaycan kinoteatırında "#Yoxdubeləsöhbət" filminin primyerası baş tutdu.
 
Qaynarinfo xəbər verir ki, romantik komediya janrında çəkilmiş filmin rejissoru Rüfət Həsənov, baş rol ifaçıları isə Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov, Tünzalə Qəhrəmandır.
 
Qeyd edək ki, Mədəniyyət və Turizm nazirliyinin sifarişilə çəkilmiş, Azərbaycanfilm istehsalı olan romantik komediya rejissorun kommersiya məqsədi ilə çəkilmiş ilk tammetrajlı filmidir.
 
Azərbaycan filmlərində hər dəfə üzünü görməyə alışdığınız heç bir aktyor və aktirasını, öyrəşdiyiniz şit zarafatları bu filmdə görməyəcəksiniz. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Daha bir özəlliyi isə siz filmdə hər an özünüzü və ya tanışınızı görə bilərsiniz. Rüfət Həsənov kütlənin az tanıdığı və ümumiyyətlə, tanımadığı "undeground" musiqi və söhbətləri filmdə işlədərək yeni bir üslub sərgiləyir. Müasir gənclərin və yaşlı nəslin sevgiyə, möcüzəyə, təsadüfə olan münasibətlərini göstərməyi bacarır. 
 
Filmi bu gündən kinoteatırlarda izləyə bilərsiniz. 
 
Lalə Niftaliyeva
Fotolar: Sultana Əhmədbəyli