"WhatsApp" daha bir yeniliyə imza atıb.

Qaynarinfo xəbər ki, artıq "WhatsApp" istifadəçiləri hansısa bir qurum və ya şirkət üçün kanal yarada biləcəklər.
 
Belə ki, grup şəklində olan bu kanalda yalnız idarəçilər paylaşım edə bilərlər. Bunun vasitəsilə idarəçilər qrupda olanlara lazımlı və reklam xarakteri daşımayan informasiyalar ötürə bilərlər.

Qeyd edək ki, bu funksiya daha öncə "Telegram"da tətbiq olunmuş və bir sıra media orqanları, təşkilatlar və məşhurlar bundan istifadə etməyə başlamışdılar.