Maqazin 19:27 10.03.2018

Arvadının qorxusundan elə klip çəkdi ki...

Sərdar Ortac həyat yoldaşı Çloe Loughanın hər dediyini yerinə yetirir. 
 
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Ortaç yeni klip çəkdirmək üçün kamera qarşısına keçib. Serdar bu dəfə "Posta Güvercini" mahnısını ekranlaşdırıb. 
 
Müğənni 30 illik musiqi həyatında ilk dəfə qadın tərəf müqabili olmadan kamera qarşısına keçib. Hər klipində gözəl bir modeli çəkən Ortaç bu dəfə arvadının istəyini yerinə yetirib. 
 
Çloe Ortaca modellə yanyana gəlməyi qadağan edib. Həyat yoldaşının qorxusundan klipə tək çəkilən sənətçi eşq hekayəsini canlandırmağı iki gəncə həvalə edib.