Foto 18:51 23.01.2018

Arzu Əliyeva üçün özəl gün (FOTO)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli və tanınmış aparıcı, Həyat Fondunun rəhbəri Hacı Nuran Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, M.Qulubəyli şəxsi İnstaqram hesabında Arzu xanıma ingiliscə təbrik ünvanlayıb, Hacı Nuran isə Arzu, Leyla və Heydər Əliyevlərlə birgə çəkilmiş fotolarını paylaşıb və ürək sözlərini yazıb:

"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qızı, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın doğum günüdür. Ürəkdən təbrik edirəm. Ad gününüz mübarək. 100 yaşayın”.