Ölkə 14:36 07.02.2013

Arzu Kazımovun oğlu istintaqa çağırıldı

Fəaliyyəti qadağan edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov Baş Prokurorluqda dindirilib. 

Bununla bağlı Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Zaur Kazımovun dindirilməsinə səbəb Elşad Abdullayevin yayımladığı videolarda onun adının çəkilməsidir. Qeyd edək ki, Zaur Kazımov Abdullayevin yayımladığı videoların birində “Boyevoy oğlan” kimi təqdim edilir.

Məlumatda qeyd olunur ki, Zaur Kazımov istintaqa Mahir Abdullayevin Dağıstanda saxlanması və onun gətirilməsinə dair Elşad Abdullayevlə söhbətinə görə çağrılıb.

Moderator.az-ın əməkdaşı Zaur Kazımovla əlaqə saxlasa da o, bu barədə danışmaq istəmədiyini deyərək telefonun dəstəyini asıb.