Ekonomiks 12:47 26.06.2014

“ASAN”da aksiya

Bu aksiyalar mütəmadi qaydada həyata keçirir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində “ASAN xidmət” Daxili İşlər Nazirliyi ilə birgə sosial məsuliyyət yönümlü aksiya keçirib.

Oxu.Az-ın “ASAN xidmət”in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bayram münasibəti ilə təşkil olunmuş səyyar aksiya çərçivəsində bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə “ASAN xidmət” bu günədək əlil və sağlamlıq imkanları məhdud 100-ə yaxın uşağa, həmçinin 67 qadın məhkuma səyyar xidmətlər göstərilməsini təmin edib.

Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” öz ənənəsinə sadiq qalaraq sosial məsuliyyət yönümlü aksiyaları mütəmadi qaydada həyata keçirir.