Siyasət 10:40 18.06.2013

Asim Mollazadə bir sıra görüşlər keçirdi

Demokratik İslahatlar Partiyasının sədri (DİP) Asim Mollazadə ABŞ-ın Hadson İnstitutunun Hərbi-siyasi Mərkəzinin analitiki Riçard Veitzlə  görüşüb.

Qaynar.info-nun verdiyi xəbərə görə, görüşdə ölkəmizdəki ictimai-siyasi vəziyyət, regiondakı münaqişələr, bölgənin təhlükəsizlik problemləri müzakirə olunub.

Asim Mollazadə həmçinin Beynəlxalq Böhran qrupunun Avropa və Mərkəzi Asiya üzrə direktoru Pol Quin-Cydc və qrupun baş analitiki Lourens Şitslə görüşüb.

Görüşdə Azərbaycan-Ermənistan münaqişəsi, bölgədəki ictimai-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Asim Mollazadə qonaqlara partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Qaynar.info