Foto 19:29 21.01.2020

Asim Mollazadə kampaniya çərçivəsində seçicilərlə görüşdü (FOTO)

Demokratik İslahatlar Partiyasının sədri, 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə görüşüb. 

Qaynarinfo xəbər verir ki, millət vəkili seçicilərinə parlament fəaliyyəti barədə hesabat verib. Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunub. Millət vəkili seçicilərdən ölkədə gedən islahatlara dəstək verməyi, əl-ələ verərək ümumi problemlərin həllində iştirak etməyi xahiş edib. 

Seçicilər də öz növbələrində Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət göstərdiyinə və ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.