Siyasət 12:18 20.08.2013

Asim Mollazadə prezidentliyə namizədliyini verməyəcək


Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqlayıb.

Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, qərara əsasən partiya seçkilərdə öz namizədi ilə çıxış etməsə də, ümumilikdə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, partiyanın 4-cü qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilmiş, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunmuşdu.

Qaynar.info