"Suriya və İraqdan geri dönən PKK terrorçuları Türkiyə üzərindən Ermənistana, oradan da Ukrayna və Avropaya gedirlər".

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Əsassız Erməni İddialarıyla Mübarizə” Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbəy deyib.

"Ukraynanın Avropa Birliyi ilə vizasız səyahət müqaviləsi var. Beləliklə qərb ölkələri özləri üçün yeni bir problem yaradırlar. Türkiyə tərəfi bu axının qarşısını almaq üçün mübarizə aparır, amma hamısını dayandırmaq mümkün olmur. Ukrayna pasportunu almaq çox asan olduğundan terrorçular Türkiyədən Ermənistana, oradan da Ukraynaya keçirlər. Əsas problem isə yüzlərlə terrorçunun dünyanın müxtəlif yerlərindən buraya axın etməsidir. Avropa Birliyi Kiyevin Rusiyaya qarşı olması üçün viza məsələsini aradan qaldırıb, amma bu vəziyyət daha böyük təhlükəsizlik probleminə səbəb olacaq".
 
Çingiz