Siyasət 16:34 10.06.2013

Aslan İsmayılov Milli Şuraya niyə qoşulmayıb? - SƏBƏB

Tanınmış vəkil Aslan İsmayılov Milli Şurada təmsil olunmamasına aydınlıq gətirib.

O, Qaynar.info-ya açıqlamasında deyib ki, Milli Şurada təmsil olunmaqla bağlı ona təklif gəlib: “Mənə həmin qurumda təmsil olunmaq təklifi gəlib. Sadəcə, mən hansısa təşkilatda olmaq istəmədiyimdən Milli Şuradan imtina etdim. Amma həmin quruma münasibətim müsbətdir. Milli Şuraya işində uğurlar arzulayıram”.

A.İsmayılov “Milli Şuraya gələcəkdə qoşulmaq ehtimalınız varmı?” sualına belə cavab verib: “Belə fikrim yoxdur. Amma Dövlət müstəqilliyi qorunmaq şərtilə insan hüquq və azadlıqları uğrunda atılacaq bütün addımlarda onlara dəstək verəcəyəm”.

İlkin
Qaynar.info