Ölkə 23:19 17.05.2013

Aslan İsmayılov sərbəst buraxılıb - YENİLƏNİB-2

23:19

Vəkil Aslan İsmayılov sərbəst buraxılıb. Bu barədə APA-ya vəkil özü məlumat verib.

A. İsmayılovun sözlərinə görə, bu gün günorta saatlarında mətbuat konfransı keçirdikdən sonra müdafiə etdiyi Rəşad Ramazanovla görüşmək üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Orada bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin rəisi onunla görüşmək istəyir: “Getmək istəməsəm də, məni maşına oturdub Nərimanov Rayon Polis İdarəsinə apardılar. Orda günorta keçirdiyim mətbuat konfransında səsləndirdiyim fikirlərlə bağlı söhbət apardıqdan sonra sərbəst buraxdılar”.

___________

17:05

Tanınmış vəkil Aslan İsmayılov polisə aparılıb. 

Qaynar.info xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Bildirilir ki, A. İsmayılov saxlanılaraq Nərimanov Polis İdarəsinə aparılıb. 

Vəkilin sürücüsü “Azadlıq”a bildirib ki, Aslan İsmayılovu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında saxlayıblar. Vəkil ora bir neçə gün qabaq həbs edilmiş blogger Rəşad Ramazanovun taleyi ilə maraqlanmaq üçün gedibmiş.

Xatırladaq ki, Aslan İsmayılov İdarəyə yollanmamışdan qabaq mətbuat konfransı keçirərək Rəşad Ramazanova ağır işğəncələr verildiyini bildirmişdi.

Qaynar.info