Dünya 14:12 12.08.2018

Aslanların sayı sürətlə azalır: nə qədər qalıb?

Dünya Təbiəti Mühafizə Fondu aslanların sayının sürətlə azaldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, təşkilatın məlumatında son 21 ildə Afrikada aslanların sayının 42% azaldığı, cəmi 20 min aslanın qaldığı vurğulanıb. Qanuni və qeyri-qanuni ov, xəstəliklər bu canlıları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyur. 

Dünya Təbiəti Mühafizə Fondu təbii qoruqların yaradılaraq bu canlıların mühafizəsini təklif edir.

Qeyd edək ki, Hindistanda 600-ə qədər Asiya aslanı nəzarətə götürülüb və saylarının artırılması üçün tədbirlər görülür.

Gülşən