Siyasət 16:17 21.05.2013

AŞPA həmməruzəçilərini Azərbaycana göndərir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt ölkəmizə iyunun ortalarında gələcəklər.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətin rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycan üzrə sonuncu hesabat bu ilin yanvarında təqdim olunub və qəbul edilib: “Növbəti hesabat iki ildən sonra təqdim olunmalıdır. Hər iki ildən bir ölkə üzrə hesabat təqdim olunur və onun hazırlanması üçün həmməruzəçilər ölkəmizə gələcək. Əminəm ki, onların səfəri çox konstruktiv şəkildə keçiriləcək”. 

Qaynar.info