Siyasət 10:06 24.05.2013

AŞPA sədri Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan Klod Minyon mayın 26-da Azərbaycana rəsmi səfərə gələcək

AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, səfər çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşlər keçirəcək.

AŞPA prezidentinin QHT təmsilçiləri ilə görüşü də nəzərdə tutulur.

Görüşlərdə Azərbaycanla AŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfər mayın 28-də başa çatacaq.

J. K. Monyon Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.


Qaynar.info