Dünya 19:42 18.11.2017

AST Telmanın bazarını dağıdıb, bina tikirlər

Moskvada keçmiş Çerkizov bazarının yerində yenilənmə proqramı çərçivəsində köçkünlər üçün yaşayış binası tikiləcək.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moskva merinin müavini Marat Xusnullin söyləyib.

Onun sözlərinə görə, bu ərazidə Moskvanın İzmaylova rayonunda söküləcək beşmərtəbli evlərdən köçürüləcək insanlar yerləşdiriləcəklər.

Qeyd edək ki, Çerkizov bazarı 2009-cu ilin iyununda qapadılıb. Buna səbəb bazarda böyük malda qaçaqmalçılıq mallarının aşkar edilməsi olub. Qapadıldıqdan bir müddət sonra bazarın dağıdılması haqqında əmr verilib.

Çerkizov bazarı azərbaycanlı iş adamı Telman İsmayılova məxsus idi.

Qaynarinfo.Az