Ölkə 18:15 17.10.2013

Ağstafada dəhşətli partlayış

Bu gün saat 12:00 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində mənzillərin birində qaz partlayışı baş verib. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Mahirə Qurban qızı Bayraməliyevanın evində baş verib Hadisə zamanı evdə yatan 35 yaşlı Musa İsrayil oğlu Bayrəməliyev yanaraq ağır yaralanıb. Onu ağır vəziyyətdə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Ev sahibinin sözlərinə görə, hadisə qazın evə dolmasından sonra Musanın evdə siqaret yandırması zamanı baş verib. Hazırda Ağstafa rayon Mərkəzi Xəstəxanasının ranimasiya şöbəsində olan Müsanın vəziyyəti ağır olaraq qalır.

Həkimlər xəstənin bədəninin 80 faizinin yandığını bildirir.

Qaynar.info